EN

Rusiya aktivlərindən Ukraynaya 1,4 milyard avro veriləcək Leyen

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirdən 1,4 milyard avro Ukraynaya veriləcək.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen öz “X” hesabında açıqlama verib.

“Bu 1,4 milyard avro ən çox ehtiyac duyulan yerlərə yönəldiləcək. Bunlar Ukrayna dövlətini dəstəkləmək, vacib dövlət xidmətlərini qorumaq və cəsur Ukrayna Silahlı Qüvvələrini dəstəkləməkdir. Ukraynanın qələbəsinə və azadlığına olan sadiqliyimiz sarsılmazdır”, – diplomat yazıb.

Qeyd edək ki, müharibənin başlanğıcından bəri Avropa Birliyi Ukraynaya 69,7 milyard avrosu hərbi yardım olmaqla, ümumilikdə 194,9 milyard avro dəstək göstərib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
22
2
globalinfo.az

2Sources