EN

Bakıda niyə kanat yoxdur?

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bakıda nəqliyyatın alternativ növlərinin inkişafı tez-tez müzakirə olunur. Xüsusilə şəhərin relyefi və turizm potensialı nəzərə alındıqda, bəzi maraqlı ideyalar gündəmə gəlir. Bu kontekstdə Şəhidlər Xiyabanı ilə Bakı Bulvarı arasında kanat xəttinin yaradılması həm funksional, həm də turistik baxımdan cəlbedici görünür.Bakının "küləklər şəhəri" olması kanat layihələri üçün ən böyük texniki maneədir. Güclü xəzri və gilavar küləkləri açıq havada hərəkət edən kabinaların rəqs etməsinə və təhlükəsizlik sistemlərinin tez-tez dayanmasına səbəb ola bilər. Kanat yollarının istismarında küləyin sürəti həlledici rol oynayır və Bakı şəraitində bu, xidmətin stabil işləməsini çətinləşdirir.Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə məsələ barədə Demokrat.az-a deyib ki, nəqliyyatın sıxlığının azaldılması istiqamətində Bakıda son illər mühüm işlər görülür:“Yeni prospektlərin salınması, mövcud yolların genişləndirilməsi və alternativ marşrutların yaradılması şəhərdə nəqliyyat axınının daha səmərəli təşkilinə imkan yaradır. Bununla yanaşı, hərəkət istiqamətlərinin optimallaşdırılması, biristiqamətli küçələrin tətbiqi və ictimai nəqliyyatın prioritetliyinin artırılması da diqqət mərkəzindədir. Xarici təcrübənin öyrənilməsi və müasir idarəetmə sistemlərinin tətbiqi bu sahədə müsbət nəticələr verməyə başlayıb. Qeyd olunan təklifə gəldikdə isə, bu, maraqlı yanaşmadır. Onun tətbiq imkanları müvafiq qurumlar tərəfindən araşdırıldıqdan sonra yekun qərar verilə bilər”.Bakıda kanat yolu daha çox turizm məqsədli düşünülür. Nəqliyyat baxımından isə şəhərdə metro və avtobus şəbəkəsinin inkişafına üstünlük verilir. Kanat xəttinin çəkilməsi üçün hündür dayaqların quraşdırılması, binaların üzərindən keçid və torpaq sahələrinin ayrılması ciddi mühəndislik və hüquqi hazırlıq tələb edir.Qeyd edək ki, Azərbaycanın bir sıra rayonlarında, Şahdağda, Tufandağda, Balakən və Laçında kanat yolu var.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
43
demokrat.az

1Sources