Yazını böyüt
Yazını kiçilt
ABŞ hərbi qüvvələri İranın mərkəzində yerləşən İsfahan yaxınlığında daha iki “MQ-9 Reaper” tipli pilotsuz uçuş aparatını (PUA) itirib. Bununla da ABŞ və İsrailin İrana qarşı başladığı hərbi əməliyyatlar dövründə itirilən bu tip aparatların ümumi sayı 16-ya çatıb.
Hafta.az xəbər verir ki, bu barədə CBS News adı açıqlanmayan bir ABŞ rəsmisinə istinadla məlumat yayıb.
Bildirilib ki, “MQ-9 Reaper” pilotsuz uçuş aparatları əsasən kəşfiyyat, müşahidə və məlumat toplama məqsədilə istifadə olunur, eyni zamanda dəqiq zərbələr endirmək imkanına malikdir.
Qeyd olunub ki, “MQ-9 Reaper” tipli bir pilotsuz aparatın dəyəri növündən asılı olaraq 30 milyon ABŞ dollarından artıq ola bilər.