EN

Təl Əvivdə 10 dan çox partlayış olub

Ayna saytına istinadən ain.az xəbər verir.

İranın Təl-Əvivə raket hücumu nəticəsində bir uşaq yaralanıb

İranın Təl-Əvivə raket hücumu nəticəsində bir uşaq yaralanıb, daha iki nəfər yüngül xəsarət alıb. İranın hücumlarından sonra şəhərdə 10-dan çox partlayış baş verib. AYNA.AZ xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilib ki, Təl-Əvivdə hava hücumundan müdafiə sistemi işə salınıb. İsrailin mərkəzi hissəsindəki bir neçə şəhərdə hava hücumu sirenləri də səsləndirilib.

Daha əvvəl İran silahlı qüvvələrinin İsrailin əsas şəhərlərinə və Yaxın Şərqdəki ABŞ hərbi bazalarına zərbə endirərək 58-ci böyük hücumunu həyata keçirdiyi açıqlanıb. Əsas hədəflər Təl-Əviv, Qüds və Nahariya, eləcə də İraq, Səudiyyə Ərəbistanı və Küveytdəki Amerika obyektləri olub. Hücumlarda “Fəttah” və “Qiam” da daxil olmaqla müxtəlif növ super ağır və dəqiq idarə olunan raketlərdən istifadə edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
33
ayna.az

1Sources