EN

ABŞ-nin İranla sülh planı ortaya çıxdı: şərt budur

ABŞ administrasiyası İranla bağlı yeni diplomatik ssenarini müzakirəyə çıxarıb.

Musavat.com xəbər verir ki, bu barədə Barak Ravid Axios üçün yazdığı materialda ABŞ hökumətindəki üç mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, Vaşinqtonda İranla mümkün atəşkəs variantı ciddi şəkildə nəzərdən keçirilir. Bu planın əsas şərtlərindən biri isə Hörmüz boğazı üzərindən nəqliyyatın tam bərpasıdır.

Mənbələrin bildirdiyinə görə:

ABŞ daxilində gərginliyin azaldılması üçün alternativ yollar müzakirə olunur

Bu ssenarilərdən biri atəşkəs qarşılığında Hörmüzün açılmasıdır

Enerji daşımalarının təhlükəsizliyi bu planın əsas prioritetidir


Qeyd olunur ki, Hörmüz boğazı dünya neft tədarükünün böyük hissəsinin keçdiyi kritik marşrutdur və onun bağlanması qlobal bazarlarda ciddi sarsıntı yaradır.

 

Musavat.com

Chosen
47
50
musavat.com

10Sources