EN

Trampdan gözlənilməz addım: Ukraynaya dəstək sual altına düşür

ABŞ prezidenti Donald Trump-ın NATO ilə bağlı sərt ritorikası həm alyans daxilində, həm də Ukrayna ətrafında narahatlığı artırır.

Musavat.com xəbər verir ki, Corriere della Sera nəşri yazır ki, Vaşinqtonun yeni yanaşması Ukraynaya hərbi dəstəyin istiqamətini dəyişə bilər.

Məlumata görə, amerikalılar PURL fondu vasitəsilə toplanan vəsaitləri əvvəlcədən nəzərdə tutulduğu kimi Avropa ölkələrinə ötürərək Kiyevə silah göndərmək üçün istifadə etməyi planlaşdırmır. Əksinə, bu vəsaitlərin Pentagon arsenalının gücləndirilməsinə yönəldilməsi nəzərdən keçirilir.

Bu isə Qərbin Ukraynaya hərbi yardımının zəifləməsi ehtimalını artırır və NATO daxilində yeni fikir ayrılıqlarına yol aça bilər. 

 

Musavat.com

Chosen
42
50
musavat.com

10Sources