Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz aprelin 2-də Azərbaycana səfərə gəlib.
Azreform.info xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.