EN

Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəlib - YENİLƏNİB

Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz aprelin 2-də Azərbaycana səfərə gəlib.

"Report" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, Türkiyənin Vitse-prezidenti bu gün Bakıda keçiriləcək Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının görüşündə iştirak edəcək. Cevdet Yılmazın bir sıra rəsmi şəxslərlə görüşü planlaşdırılır.

Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz sabah Azərbaycana rəsmi səfər edəcək.

Bu barədə "Report" Türkiyə mətbuatına sistinadən xəbər verir.

Türkiyənin Vitse-prezidenti aprelin 2-də Bakıda keçirilməsi planlaşdırılan Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının görüşündə iştirak edəcək.

Cevdet Yılmaz həmçinin səfər proqramı çərçivəsində Heydər Əliyev Mərkəzini ziyarət edəcək, sonra Azərbaycan Milli Xalça Muzeyində olacaq. Türkiyənin Viste-prezidentinin Azərbaycanın Baş naziri Əli Əsədovla və digər rəsmi şəxslərlə görüşü planlaşdırılır.

Chosen
32
8
far.az

10Sources