ain.az, Milli.az portalına istinadən məlumat verir.
​Son zamanlar ailÉ™nizdÉ™ sÉ™bÉ™bsiz mübahisÉ™lÉ™r artır, ruzi-bÉ™rÉ™kÉ™t kÉ™silir vÉ™ özünüzü daim yorÄŸun hiss edirsinizsÉ™, sÉ™bÉ™bi çox yaxında - elÉ™ evinizin içindÉ™ ola bilÉ™r. QÉ™dim Şərq tÉ™limi olan Fen-ÅŸuy mütÉ™xÉ™ssislÉ™ri xÉ™bÉ™rdarlıq edir ki, bÉ™zi əşyalar evÉ™ bÉ™dbÉ™xtlik vÉ™ mÉ™nfi enerji daşıyır.Â
Milli.Az xəbər verir ki, mütəxəssislər evdən təcili uzaqlaşdırılması vacib olan "təhlükəli" əşyaların siyahısını təqdim edib.
​Araşdırmalara görə, evdəki gərginliyin və davanın ən böyük səbəblərindən biri çatlamış güzgülər və qırıq şüşələrdir. Hətta gözlə görünməyən kiçik bir çat belə ailə daxilindəki səmimiyyəti sındırır və enerjinin parçalanmasına yol açır. Eyni zamanda, evdə saxlanılan işləməyən saatlar zamanın "donması" mənasına gəlir ki, bu da ev sahiblərinin işlərinin tərs getməsinə və maddi sıxıntılara zəmin yaradır.
​Digər bir ciddi xəbərdarlıq isə qurumuş güllər və süni çiçəklərlə bağlıdır. Bir çox xanımlar xatirə olaraq qurumuş buketləri saxlasalar da, Fen-şuy təliminə görə, bu "ölü enerji" deməkdir. Bu cür əşyalar evdəki sevgi enerjisini qurudur və cütlüklər arasında soyuqluq yaradır. Həmçinin, giriş qapısının qarşısında nizamsız şəkildə yığılan köhnə ayaqqabılar uğurun evə daxil olmasına mane olan əsas sədlərdən biri hesab olunur.
​Mütəxəssislər vurğulayır ki, evdəki lazımsız, qırıq və köhnə əşyalardan azad olmaq təkcə təmizlik deyil, həm də psixoloji və enerjisel yenilənmədir. Aprel ayının ilk günlərində bu cür "təmizlik" işlərinin aparılması ailəyə hüzur, ruzi və müsbət dəyişikliklər gətirəcək.
Səkinə Yusifova
Milli.Az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.