EN

NATO baş katibi gələn həftə ABŞ-a səfər edəcək

NATO baş katibi gələn həftə ABŞ-a səfər edəcək

NATO-nun baş katibi Mark Rutte gələn həftə ABŞ-a səfər edəcək.

AFN.az xəbər verir ki, bu barədə Alyansın mətbuat xidmətinin rəhbəri Alison Hart bildirib. Qeyd edək ki, öncədən planlaşdırılmış olan bu səfər İranda müharibə başlayandan bəri ilk belə səfərdir.

Ruttenin səfəri Prezident Donald Trampın NATO-nun İrandakı müharibəyə qoşulmaqdan imtina etməsi səbəbindən ABŞ-ın alyansdakı üzvlüyünün bütün aspektlərini yenidən nəzərdən keçirmək niyyəti barədə xəbərlər fonunda baş tutur. Görüşlərdə əsas mövzunun transatlantik münasibətlərdəki mövcud gərginlik olacağı gözlənilir.

Chosen
43
afn.az

1Sources