EN

İran XİN: Vaşinqtonun tələbləri irrasionaldır

İran XİN: Vaşinqtonun tələbləri irrasionaldır

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi ABŞ administrasiyasının münaqişənin nizamlanması üçün Tehrana irəli sürdüyü tələbləri "irrasional" adlandırıb.

AFN.az "ISNA" agentliyinə istinadən xəbər verir ki, Bəqayi bu tələblərin heç bir kompromis variantını nəzərdə tutmadığını vurğulayıb.

O, ABŞ-dan Pakistan kimi vasitəçilər vasitəsilə mesajlar aldıqlarını təsdiqləsə də, hazırda Vaşinqtonla birbaşa danışıqların aparılmadığını qeyd edib.

Bəqayi həmçinin bildirib ki, İranın silahlı qüvvələri və xalqı hər hansı növbəti ssenariyə hazırdır.

Chosen
59
afn.az

1Sources