EN

“Şəfa” və “Dirçəliş”in oyuna FIFA+ TV-də göstəriləcək

AFFA ilə FIFA arasında imzalanmış lisenziya müqaviləsi çərçivəsində AFFA-nın bayrağı altında keçirilən Yüksək Qızlar Liqasında daha iki oyun FIFA+ TV tərəfindən canlı yayımlanacaq.

Sportinfo.az XVIII tur çərçivəsində aprelin 1-də keçiriləcək “Şəfa” – “Liman” (14:00) matçı və aprelin 5-də təşkil olunacaq “Baku Juniors” – “Dirçəliş” (15:00) görüşü platformada göstəriləcək.

Aşağıdakı linklərə keçid edərək həmin matçları izləyə bilərsiniz:

“Şəfa” – “Liman” “Baku Juniors” – “Dirçəliş”

Saziş lisenziya müddəti ərzində – 2028-ci il sentyabrın 1-dək AFFA-nın bayrağı altında təşkil edilən yarışlardan seçilmiş matçları və video məzmunu (materialı) əhatə edir.

Bu proqrama Azərbaycanın qadınlardan ibarət milli komandasının yoldaşlıq oyunları və Millətlər Liqasının seçmə görüşləri, AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə liqalar, Yüksək Qızlar Liqası, həmçinin sənədli filmlər və tələb üzrə video məzmun daxildir.

Chosen
66
sportinfo.az

1Sources