EN

İki “ata” müəmması: eyni DNT həkimləri də çıxılmazda qoydu

Britaniyada qeyri-adi atalıq qalmaqalı məhkəmə və həkimləri çətin vəziyyətə salıb.

Musavat.com xəbər verir ki, ölkədə bir qadının dünyaya gətirdiyi uşağın atasının kimliyini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

Məlumata görə, qadın qısa zaman fərqi ilə eyniyyətcə əkiz olan iki qardaşla intim münasibətdə olub. Bir neçə gün sonra hamilə qalan qadının uşağının atasını müəyyənləşdirmək üçün aparılan tibbi yoxlamalar isə nəticəsiz qalıb.

Səbəb ondadır ki, eyniyyətcə əkiz qardaşların DNT-si faktiki olaraq eyni olduğundan, standart analizlərlə hansı qardaşın bioloji ata olduğunu dəqiq göstərmək mümkün deyil.

Bu səbəbdən məsələ məhkəməyə çıxarılıb. Bildirilir ki, bütün hallar aydınlaşana qədər qardaşlardan birinin valideynlik hüquqları müvəqqəti olaraq dayandırılıb.

 

Musavat.com

Chosen
93
musavat.com

1Sources