EN

Brent markalı neftin qiyməti 105 dolları keçdi

ABŞ lideri Donald Trampın televiziya çıxışından sonra beynəlxalq etalon olan Şimal dənizindən çıxarılan Brent markalı xam neftin bir barelinin qiyməti kəskin şəkildə artaraq 105 dolları keçib.

Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, Brent markalı neftin qiyməti (Paris vaxtı ilə) səhər saat 3:40  (Bakıvaxtı ilə 5:40) radələrində  4%-dən çox artaraq bir barel üçün 105,55 dollara, Amerika etalon markası olan “WTI” markalı neftin qiyməti isə 3% artaraq 103,16 dollara çatıb. Donald Tramp İrana daha iki-üç həftə ərzində son dərəcə ağır zərbə endiriləcəyini açıqlamaz əvvəl hər iki neft markasının qiyməti ucuzlaşmağa meylli idi .

Aydın Baxış

Chosen
26
bakivaxti.az

1Sources