ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yunanıstanda əlverişsiz hava şəraiti davam edərkən Krit adası qeyri-adi mənzərə ilə diqqət çəkib.
“Qafqazinfo” xəbər verir ki, Afrikadan gələn səhra tozu səbəbindən adada səma qırmızı rəngə bənzər görüntü alıb.
Bildirilib ki, cənubdan əsən güclü küləklər toz hissəciklərini regiona daşıyıb və bu da atmosferdə rəng dəyişikliklərinə səbəb olub. Yunanıstan Meteorologiya İdarəsi havadakı tozun tədricən azalacağını proqnozlaşdırır.
Bununla yanaşı, ölkədə təsirini göstərən “Erminio” fırtınası səbəbindən bir sıra bölgələrdə təhlükəsizlik tədbirləri gücləndirilib. Meteoroloqlar küləyin sürətinin 8 bal (62-74 km/saat) səviyyəsinə çata biləcəyini və güclü yağışlarla müşayiət olunacağını bildirirlər.
Risklər nəzərə alınaraq bəzi ərazilərdə məktəblər müvəqqəti olaraq distant təhsilə keçirilib.












Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.