EN

ABŞ xəbərdarlıq etdi : İran danışıqlardan yayınır

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

ABŞ kəşfiyyat qurumlarının qənaətinə görə, İran hazırda Vaşinqtonla hərbi fəaliyyətlərin dayandırılması mövzusunda genişmiqyaslı diplomatik müzakirələr aparmağa meylli görünmür.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “The New York Times” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, son günlər ABŞ-ın müxtəlif kəşfiyyat strukturları belə nəticəyə gəlib ki, İran rəhbərliyi bu mərhələdə ABŞ və İsrailin hərbi əməliyyatlarının dayandırılması ilə bağlı ciddi və məzmunlu danışıqlara başlamaq niyyətini açıq şəkildə göstərmir.

Məlumata əsasən, Tehran mövcud qarşıdurmada öz mövqeyini kifayət qədər güclü hesab edir və buna görə də Vaşinqtonun irəli sürdüyü diplomatik şərtləri qəbul etməyə məcbur olduğunu düşünmür.

Eyni zamanda qeyd olunur ki, İran rabitə kanallarını açıq saxlamağa hazır olduğunu bildirsə də, ABŞ tərəfinə inamsız yanaşır və ölkə prezidenti Donald Tramp tərəfindən aparılan danışıqların səmimiliyinə şübhə ilə yanaşır.

Safura Bənnayeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
42
50
globalinfo.az

10Sources