EN

Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu

İndoneziyanın Ternate bölgəsində 7,4 bal gücündə zəlzələ qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 451 000 əhalisi olan Şimali Sulavesi əyalətində yerləşən Manado şəhərindən 163 kilometr şərqdə yerləşib. Zəlzələ ocağı yerin 35 kilometr dərinliyində yerləşib.

İlkin məlumatlara əsasən, zəlzələ nəticəsində bir nəfər həlak olub və çoxsaylı tikililərə ciddi ziyan dəyib.

Chosen
41
publika.az

1Sources