EN

Hörmüzdən asılı deyilik, bu marşrutu istifadə edənlər qorumağa borcludur -Tramp

Birləşmiş Ştatlar Hörmüz boğazı vasitəsilə “demək olar ki, neft idxal etmir” və bu marşrutdan asılı deyil, həmin yolu istifadə edən ölkələr onun təhlükəsizliyini təmin etməlidir. Bunu ABŞ prezidenti Donald Trump aprelin 1-i xalqa müraciətində bildirib. 

“Bizə bu lazım deyil. Buna ehtiyacımız olmayıb,” — deyərək Tramp  əlavə edib ki, ABŞ öz enerji resursları sayəsində “gələcək baxımından çox güclü vəziyyətdədir”.

O qeyd edib ki, ABŞ dünyada ən böyük neft və qaz istehsalçılarından biridir və daxili tələbatını əsasən özü təmin edir.

Tramp həmçinin bildirib ki, İran “hərbi və iqtisadi baxımdan tamamilə məhv edilib”, lakin bu iddialarına dair sübut təqdim etməyib.

Prezident enerji tədarükü üçün bu strateji marşrutdan asılı olan ölkələri onun qorunmasında aparıcı rol oynamağa çağırıb.

“Bu boğazdan neft alan ölkələr onun təhlükəsizliyini təmin etməlidir,” —  o bildirib.

Tramp əlavə edib ki, bu ölkələr ABŞ-dan neft alışını artırmalıdır.

“ABŞ-dan neft alın. Bizdə kifayət qədər  neft var,” —  o vurğulayıb.

Hörmüz boğazı Fars körfəzini Ərəb dənizi ilə birləşdirən və qlobal neft tədarükünün təxminən beşdə birinin keçdiyi əsas marşrutlardan biridir.

Bu bölgədə təhlükəsizlik riskləri adətən neft qiymətlərinin artmasına və bazarlarda narahatlığın yüksəlməsinə səbəb olur.

N.Təbrizli

Chosen
38
1
anews.az

10Sources