EN

Overçuk İrəvanı hədələdi: Ağır nəticələri olacaq!

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ermənistan geri dönüşü olmayan nöqtəyə yaxınlaşır.

Axar.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

Overçuk xəbərdarlıq edib ki, əgər İrəvan hazırkı kursunu davam etdirərsə, Rusiya Ermənistanla iqtisadi münasibətlərini başqa cürə qurmalı olacaq.

Qərb ölkələrinin peşəkarcasına İrəvanı cəlb etdiyini vurğulayan baş nazirin müavini xüsusilə Ermənistanın dəmir yolları məsələsinə münasibət bildirərək Moskvanın Ermənistanın ixrac bazarlarını genişləndirməsinə qarşı olmadığını, lakin Nikol Paşinyanın Rusiyaya aid güzəştin üçüncü ölkələrə vermək təkliflərini pislədiyini vurğulayıb.

Onun sözlərinə görə, Ermənistanın Rusiyaya düşmən hərbi-siyasi blok olan Avropa Birliyi ilə yaxınlaşması uzunmüddətli, ağır nəticələrə səbəb olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
19
5
axar.az

10Sources