AZ

Overçuk İrəvanı hədələdi: Ağır nəticələri olacaq!

Ermənistan geri dönüşü olmayan nöqtəyə yaxınlaşır.

News365.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

Overçuk xəbərdarlıq edib ki, əgər İrəvan hazırkı kursunu davam etdirərsə, Rusiya Ermənistanla iqtisadi münasibətlərini başqa cür qurmalı olacaq.

Qərb ölkələrinin peşəkarcasına İrəvanı cəlb etdiyini vurğulayan baş nazirin müavini xüsusilə Ermənistanın dəmir yolları məsələsinə münasibət bildirərək Moskvanın Ermənistanın ixrac bazarlarını genişləndirməsinə qarşı olmadığını, lakin Nikol Paşinyanın Rusiyaya aid güzəşti üçüncü ölkələrə vermək təkliflərini pislədiyini vurğulayıb.

Onun sözlərinə görə, Ermənistanın Rusiyaya düşmən hərbi-siyasi blok olan Avropa Birliyi ilə yaxınlaşması uzunmüddətli, ağır nəticələrə səbəb olacaq.

Seçilən
23
5
news365.az

10Mənbələr