EN

I Liqa: "Səbail" "Baku Sportinq"lə qarşılaşır

Azərbaycan I Liqasında bu gün XX tur start götürür. 

Fanat.Az xəbər verir ki, iki günü əhatə edəcək turun açılış günündə üç qarşılaşma baş tutacaq. 

Əvvəlcə MOİK "Cəbrayıl"ı sınağa çəkəcək. Binədə keçiriləcək görüş 15:00-da bsşlayacaq. 

Yarım saat sonra "Zaqatala" ilə "Difai" birincilərin meydanında üz-üzə gələcəklər.

Günün son, həm də mərkəzi oyunu isə Bayılda keçiriləcək. İddialılar "Səbail" ilə "Baku Sportinq" ikinci yer uğrunda mübarizədə qarşılaşacaqlar. 

Azərbaycan I Liqası
XX tur
2 aprel

  
15:00. MOİK – “Cəbrayıl” 

Hakimlər: Kamran Əliyev, Orxan İbişov, Rasim Axundov, Səbuhi Bayramov. 
Hakim-inspektor: Orxan Məmmədov. 
AFFA nümayəndəsi: Novruz Əzimov. 
Binə qəsəbə stadionu. 

15:30. “Zaqatala” – “Difai” 
Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Aydın Bəxşiyev, Şamil İmanzadə. 
Hakim-inspektor: Rövşən Əhmədov. 
AFFA nümayəndəsi: Azər Əsgərov. 
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu. 

17:00. “Səbail” – “Baku Sportinq” 
Hakimlər: Əli Əliyev, Gülnurə Əkbərzadə, Rəhman Aslanov, Murad Səlimov. 
Hakim-inspektor: Zöhrab Qədiyev. 
AFFA nümayəndəsi: Nəriman Axundov. 
“Bayıl Arena”.

Chosen
13
1
fanat.az

2Sources