EN

Çin və Bəhreyn Hörmüz boğazındakı gərginliyi müzakirə edib

Çin

Çinin xarici işlər naziri Van İ cümə axşamı Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının (KƏŞ) sədri, Bəhreynin xarici işlər naziri Əbdül Lətif bin Rəşid əl-Zəyani ilə telefon danışığı zamanı Hörmüz boğazında gəmiçiliklə bağlı vəziyyəti müzakirə edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin saytında dəqiqləşdirildiyi kimi, əl-Zəyani Bəhreynin boğazda gəmiçilik azadlığı məsələsinin həlli üçün BMT Təhlükəsizlik Şurasında müsbət rol oynamağa hazır olduğunu təsdiqləyib, həmçinin ÇXR ilə koordinasiyanın gücləndirilməsinə çalışdıqlarını bildirib. Van İ gərginliyin azaldılması, hərbi əməliyyatların dayandırılması və danışıqlar prosesinin bərpasına ehtiyac olduğunu qeyd edib.

Məryəm Quliyeva

Chosen
18
1
xalqcebhesi.az

2Sources