EN

Trampın çıxışı neftin qiymətinə təsir edib

Trampın

ABŞ Prezidenti Donald Trampın müraciətindən sonra "Brent" markalı neftin qiyməti təxminən 5% artaraq 106,16 dollara çatıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Agentliyin materialında qeyd olunur ki, Trampın İrana qarşı daha aqressiv zərbələr vəd etməsindən sonra Yaxın Şərqdə müharibənin tezliklə başa çatacağına dair ümidlər sönüb. "Reuters"in yazdığına görə, Amerika liderinin çıxışı münaqişədən çıxış yolu ilə bağlı daha aydın siqnallar gözləyən investorları məyus edib.

Məryəm Quliyeva

Chosen
18
1
xalqcebhesi.az

2Sources