EN

Balakəndə avtomobil aşıb, xəsarət alanlar var

Bu gün səhər saatlarında Balakən rayonunun Kortala kəndinin ərazisində “VAZ-21011” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

 

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, qəza nəticədə sürücü - 27 yaşlı Nurlan Xəmmədov və sərnişini - 17 yaşlı Cavid Xəmmədov xəsarət alıb.

 

Faktla bağlı araşdırma aparılır.

Chosen
61
6
qaziler.az

10Sources