Milli.Az xəbər verir ki, restoran sahiblərinin sözlərinə görə, aprel ayına toy etmək istəyənlər çoxdur:"Həftəiçinə nisbətən həftəsonu toylar üstünlük təşkil edir. Məhərrəmlik ayına qədər kimi hətta məhərrəmlikdən sonraya da yerlər rezerv olunub. Boş günlər demək olar məhduddur. Hər aya 20-25 toy yazılıb. Qiymətlərdə isə heç bir dəyişiklik yoxdur. Menyu 60-180 arası dəyişir. Menyu qiymətləri zaldan və menyudan asılı olaraq dəyişir".Bölgələrdə də eyni vəziyyətdir. Toylar boldur, amma Restoran sahibinin sözlərinə görə, menyular 40 manatdan başlayır:"Salat çeşidi çox olarsa, qiymət fərqlənir. Kabablar və balıq məhsulları da menyunu fərqləndirən əsas məhsullardır".İnzibatçılar qeyd edirlər ki, yay aylarında toy edənlərin sayı daha da artacaq.qiymətlər daha münasibdir.