Ramazan ayının başa çatması ilə toy etmək istəyənlərin sayı artıb. Bu isə şadlıq saraylarına olan tələbatı əhəmiyyətli dərəcədə yüksəldir.
Restoran sahiblərinin sözlərinə görə, aprel ayına toy etmək istəyənlər çoxdur:
"Həftəiçinə nisbətən həftəsonu toylar üstünlük təşkil edir. Məhərrəmlik ayına qədər kimi hətta məhərrəmlikdən sonraya da yerlər rezerv olunub. Boş günlər demək olar məhduddur. Hər aya 20-25 toy yazılıb. Qiymətlərdə isə heç bir dəyişiklik yoxdur. Menyu 60-180 arası dəyişir. Menyu qiymətləri zaldan və menyudan asılı olaraq dəyişir".
Bölgələrdə də eyni vəziyyətdir. Toylar boldur, amma Restoran sahibinin sözlərinə görə, menyular 40 manatdan başlayır:
"Salat çeşidi çox olarsa, qiymət fərqlənir. Kabablar və balıq məhsulları da menyunu fərqləndirən əsas məhsullardır".
İnzibatçılar qeyd edirlər ki, yay aylarında toy edənlərin sayı daha da artacaq.qiymətlər daha münasibdir.