EN

Yüksək Liqa: Bu gün 1/4 finalın ikinci oyunları keçiriləcək

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 2 aprel, AZƏRTAC

Bu gün qadın voleybolçular arasında Yüksək Liqada 1/4 final mərhələsinin ikinci oyunları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, "Turan" Tovuzda “Murov Az Terminal"ı sınağa çəkəcək. Matç saat 16:00-da başlayacaq.

"DH Volley" isə son çempion "Azərreyl"lə qarşılaşacaq. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşacaq görüş saat 18:00-da start götürəcək.

"Turan" və "DH Volley" ilk qarşılaşmalarda quru hesabla qalib gəlib - 3:0.

Mərhələnin digər oyunları aprelin 3-də baş tutacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
25
3
azertag.az

6Sources