EN

Bitcoin 66 min dollara düşdü

ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Son 24 saat ərzində kriptovalyuta bazarında azalma müşahidə olunub.Bizim.Media CoinMarketCap platformasına istinadən xəbər verir ki, bazarın ümumi kapitallaşması 2,29 trilyon ABŞ dollarına enib ki, bu da əvvəlki günlə müqayisədə 2,67% azalma deməkdir. Eyni zamanda, CoinMarketCap 20 indeksi 3,37% geriləyərək 137,15 bənd təşkil edib.

 

Ən böyük kriptovalyuta olan "Bitcoin"in qiyməti son sutkada 3,05% azalaraq 66 450 ABŞ dollarına düşüb. "Ethereum" isə 3,77% ucuzlaşaraq 2 046 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Digər iri kriptovalyutalarda da eniş qeydə alınıb. BNB-nin qiyməti 4,37%, "Bitcoin Cash"in qiyməti 4,80%, "Monero"nun qiyməti 1,78%, "Bittensor"un qiyməti isə 1,25% azalıb.Qızıl ilə bağlı stabil tokenlərdə isə əksinə artım müşahidə olunub. "PAX Gold"un qiyməti 3,78%, "Tether Gold"un qiyməti isə 3,41% artıb.Bazar əhvalını göstərən “Fear & Greed” indeksi 27 bənd səviyyəsində qərarlaşıb ki, bu da investorlar arasında qorxu meylinin gücləndiyini göstərir.Analitiklərə görə, kriptovalyutaların ucuzlaşması əsasən "Bitcoin" və "Ethereum"da enişin bütün bazarı aşağı çəkməsi, həmçinin investorların daha təhlükəsiz aktivlərə – xüsusilə qızıla bağlı tokenlərə yönəlməsi ilə bağlıdır.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
7
6
bizim.media

7Sources