EN

Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı

Aprelin 1-də ölkə ərazisində qeydə alınan 25, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 79, o cümlədən borclu şəxs qismində axtarışda olan 68 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

Chosen
33
49
adalet.az

10Sources