EN

Orta Dəhlizin kontekstində Zəngəzur dəhlizinin reallaşdırılması böyük əhəmiyyət daşıyır – Əli Əsədov

Bakı. Trend:

Son dövrdə Orta Dəhliz Avrasiyanın nəqliyyat xəritəsində ənperspektivli, təhlükəsiz və etibarlı bağlantı xətlərindən birinəçevrilməkdədir. Birgə səylərimiz nəticəsində Orta Dəhliz üzrətranzit daşımalar davamlı olaraq artmaqdadır. 2025-ci ildə bu artım11 %-ə yaxın təşkil edib (5 milyon ton).

Trend xəbərverir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Bakıda TürkDövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Hökumətbaşçılarının/Vitse-prezidentinin bugünkü görüşündə deyib.

Baş nazir bildirib ki, Azərbaycan Orta Dəhlizin inkişafına böyüksərmayələr yatırıb, müasir nəqliyyat və logistika infrastrukturuyaradıb:

“Xəzər dənizində ticarət donanmasının gücləndirilməsi,beynəlxalq dəniz limanı imkanlarının artırılması, dəmir yolu vəavtomobil yolu infrastrukturunun yenilənməsi, logistikamərkəzlərinin yaradılması bu istiqamətdə atılmış mühümaddımlardır.

Əminik ki, üzv dövlətlər arasında koordinasiyanın daha dagücləndirilməsi, sərhəd-gömrük prosedurlarının sadələşdirilməsi,rəqəmsal həllərin tətbiqi və tarif siyasətinin uyğunlaşması OrtaDəhlizin rəqabət qabiliyyətini daha da artıracaq”.

Ə.Əsədov əlavə edib ki, bu kontekstdə Zəngəzur dəhlizininreallaşdırılması da böyük əhəmiyyət daşıyır.

“Bu layihənin önəmi yalnız Azərbaycanın əsas hissəsi iləNaxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təminolunması ilə məhdudlaşmır. Bu layihə həm də bütün türk dünyasınınbirləşdirilməsi və bütövlükdə daha geniş region üçün yeni nəqliyyatvə kommunikasiya imkanlarının açılması baxımından stratejiəhəmiyyətə malikdir”, - deyə o qeyd edib.

Chosen
31
10
az.trend.az

10Sources