EN

 "İran-İsrail-ABŞ savaşı bölgə üçün təhdiddir"

"Qlobal sistemdə krizlər həlsiz qalıb. İran-İsrail-ABŞ savaşı türk dünyası da daxil olmaqla, bölgə üçün təhdiddir”.


Manset.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) üzv ölkələrinin baş nazirləri və vitse-prezidentinin Bakı görüşündə Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz deyib.

    O bildirib ki, davam edən savaş, Hörmüz boğazı başda olmaqla, enerji bazarı üçün təhdid olaraq qalmaqdadır: “Bu bölgəni və iqtisadiyyatı geridönülməz fəlakətə aparacaq. Hər nə olur olsun, İranın bölgə ölkələrini hədəf alması da qəbuledilməzdir. Gözləntimiz tez zamanda müharibəyə son verilməsi və diplomatik həll yoluna qayıdılmasıdır”.

    Chosen
    15
    8
    manset.az

    9Sources