EN

Ukrayna uğrunda daha bir azərbaycanlı döyüşçü həlak oldu - FOTOLAR

Ukraynanın azadlığı uğrunda gedən döyüşlərdə daha bir azərbaycanlı həyatını itirib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Yeni Müsavat Media Qrupunun Ukrayna təmsilçisi, Odessada yaşayan jurnalist Anar Natiqoğlu verib.

Məlumata görə, əslən Naxçıvanın Şahbuz rayonu Badamlı kəndindən olan Mustafayev Rüstəm Dilavər oğlu Ukrayna vətəndaşı olub. 33 yaşlı soydaşımız Zaporojye vilayətində gedən döyüşlər zamanı həlak olub.

Bildirilib ki, Rüstəmin ailəsi uzun müddətdir Ukraynada yaşayır və valideynləri hazırda Zaporojye şəhərindədir. Onun digər qardaşı isə hazırda cəbhədə döyüşləri davam etdirir.

Qeyd edək ki, Rüstəm Mustafayev Ukraynanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən azərbaycanlılar arasında idi və ön cəbhədə vuruşurdu.

Allah rəhmət eləsin, məkanı cənnət olsun.

Musavat.com

Chosen
62
musavat.com

1Sources