EN

Gürcüstanla hüquq sahəsində əməkdaşlıq müzakirə olundu FOTO

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Azərbaycanda səfərdə olan Gürcüstan Vəkillər Kollegiyasının sədri İrakli Kandaşvili ilə iki ölkə arasında hüquq sahəsində əməkdaşlığı müzakirə ediblər.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Ali Məhkəmədən məlumat verilib.

Ali Məhkəmədə keçirilən görüşdə İnam Kərimov Azərbaycan və Gürcüstan arasında bütün istiqamətlərdə olduğu kimi, hüquqi sahədə də əməkdaşlığın yüksək səviyyəyə çatdığını bildirib. Həmçinin qarşılıqlı səfərlər və təcrübə mübadiləsinin münasibətlərin möhkəmləndirilməsinə mühüm töhfə verdiyi diqqətə çatdırılıb.

Daha sonra qonağa Azərbaycanda məhkəmə sahəsində görülən işlər, vəkillik institutu ilə məhkəmə sistemi arasında əməkdaşlığın mövcud vəziyyəti, eləcə də bu sahədə mütəmadi təşkil olunan görüş və müzakirələr barədə ətraflı məlumat verilib.

Səmimi qəbula görə təşəkkürünü bildirən İrakli Kandaşvili öz növbəsində Azərbaycanda aparılan məhkəmə-hüquq islahatlarını yüksək qiymətləndirərək qeyd edib ki, bu cür görüşlər peşəkar əməkdaşlığın inkişafı və ortaq təşəbbüslərin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Görüş zamanı iki ölkə arasında hüquqi əməkdaşlığın inkişaf perspektivləri, vəkillik institutunun rolu, məhkəmə-hüquq sahəsində qarşılıqlı təcrübə mübadiləsi və digər məsələlər müzakirə olunub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
8
9
cebheinfo.az

10Sources