EN

İndoneziyadakı zəlzələnin görüntüləri ortaya çıxıb - VİDEO 

Episentri Şimali Maluku adasındakı Ternate sahillərində yerləşən İndoneziyada baş verən 7,4 bal gücündə zəlzələnin görüntüləri ortaya çıxıb.

Ölkə.az xəbər verir ki, müvəqqəti sunami xəbərdarlığına səbəb olan zəlzələ əvvəlcə ən azı bir nəfərin ölümünə və bir çox insanın yaralanmasına səbəb olub. Bir çox ərazidə ciddi maddi ziyan dəyib.

ABŞ Geoloji Tədqiqatları zəlzələnin 35 kilometr dərinlikdə baş verdiyini, Havayda yerləşən Sakit Okean Sunami Xəbərdarlıq Mərkəzi (PTWC) isə İndoneziya, Filippin və Malayziya sahillərində potensial sunami dalğaları barədə xəbərdarlıq edib.

Həmidə İbrahimova

Chosen
25
olke.az

1Sources