EN

Mərkəzi Bankdan QƏRAR – Nələr BAHALAŞACAQ? 

Azərbaycan Mərkəzi Bankının (AMB) son qərarı və inflyasiya proqnozları ölkə iqtisadiyyatında ehtiyatlı optimistliyin hökm sürdüyünü, lakin risklərin hələ də masada qaldığını göstərir.

Uçot dərəcəsinin 6.5% səviyyəsində sabit saxlanılması tənzimləyicinin mövcud inflyasiya təzyiqlərini nəzarətdə saxlamaq istəyindən xəbər verir. Xüsusilə 2026-cı il üçün inflyasiya proqnozunun 5.5% ətrafında qərarlaşması, qiymət artımının hədəf diapazonu olan 2%-6% dəhlizinin yuxarı həddinə yaxınlaşdığını nümayiş etdirir. Bu isə o deməkdir ki, qarşıdakı aylarda istehlak bazarında müəyyən bahalaşma tendensiyaları qaçılmaz ola bilər.

Əkrəm Həsənov

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı Əkrəm Həsənov qeyd edib ki, Mərkəzi Bankın qərarı daxili bazarda pul kütləsinin hərəkətini tənzimləməyə xidmət etsə də, inflyasiyanın əsas hərəkətverici qüvvəsi xarici amillərdir:

“Hazırda müşahidə olunan bahalaşma daha çox idxal inflyasiyası ilə bağlıdır. Regiondakı gərginlik, logistika xərclərinin artması və qlobal enerji bazarındakı dalğalanmalar birbaşa bizim daxili bazarımıza idxal olunan məhsulların qiymətinə təsir edir. Mərkəzi Bankın inflyasiya hədəfini qoruması üçün manatın məzənnəsinin sabitliyi ən mühüm qalxan rolunu oynayır”.

Onun sözlərinə görə, xüsusilə qida və xidmət sektorunda artım dinamikası daha qabarıq görünə bilər:

“Statistik rəqəmlər göstərir ki, qida məhsulları üzrə illik artım artıq 6.8%-ə çatıb. Bu, gündəlik tələbat mallarının, xüsusən də idxal komponenti yüksək olan ərzaqların – un məmulatları, bitki yağları və süd məhsullarının qiymətində hiss olunacaq dərəcədədir. Əgər qlobal təchizat zəncirindəki qırılmalar davam edərsə, ilin sonuna qədər bu rəqəmlərin bir qədər də yuxarı sürüşməsi ehtimalı var”.

Tunar

NOCOMMENT.az 

Chosen
17
nocomment.az

1Sources