EN

Bərdə ərzaq bazarının sahibi cərimələndi- FOTO

Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları Bərdə rayonu, Ü.Hacıbəyov küçəsində fəaliyyət göstərən, “Bərdə Ticarət” ASC-yə məxsus bazarda yoxlama keçirib.

Ucnoqta.az xəbər verir ki, baxış zamanı bazarda süd məhsullarının müşayiətedici sənədlərinin olmadığı, etiket məlumatları olmayan məhsulların satışa çıxarıldığı, qida məhsullarının satışı zamanı çarpaz çirklənmə hallarına yol verildiyi, işçi masaların səthinin asan təmizlənən materialla üzlənmədiyi və digər nöqsanlar müəyyən edilib.

Nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

Chosen
21
13
ucnoqta.az

10Sources