
Kəlbəcər sakinindən 2 aprel mesajı: “Artıq qürurlu qayıdış günüdür”Uzun illər kəlbəcərlilərin yaddaşında işğal günü kimi qalan 2 aprel bu gün artıq qürurlu qayıdışın rəmzinə çevrilib. Ulusum.az AZƏRTAC-a ostinadla xəbər verir ki, Kəlbəcər sakini, keçmiş məcburi köçkün Yusif Nuriyev bildirib ki, 33 illik həsrət sona çatıb və sakinlər doğma yurda böyük sevinc hissi ilə qayıdırlar.Onun sözlərinə görə, bu günlər şəhidlərin qəhrəmanlığı və ordunun rəşadəti sayəsində mümkün olub. Kəlbəcərə yeni həyat bəxş etmək üçün yola düşən sakinlər doğma torpaqlarda yenidən quruculuq işlərinə başlamağa hazır olduqlarını bildirirlər.[b]R.İkramlı
Diqqət Çəkənlər
İtaliyada qalmaqallı hadisə: modelin məzarı açılıb
Tramp ABŞ-nin NATO-dan çıxması imkanını nəzərdən keçirir
Ağdərədə mina hadisəsi baş verib