EN

Azərbaycanda internet trafikində botların payı artıb

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

Mart ayında Azərbaycanda internet trafikində botların və real istifadəçilərin payı açıqlanıb.

"APA-Economics" bu barədə “StatCounter”a istinadən xəbər verir.

Ötən ay Azərbaycandan qeydə alınan internet trafikinin 77,38%-i real istifadəçilərin payına düşüb. Bu göstərici yanvar ayında 82,48%, fevralda isə 80,1% olub.

Mart ayında ölkə üzrə internet trafikinin 22,2%-i isə botlar tərəfindən formalaşıb. Yanvar ayında bu göstərici 17,52%, fevralda isə 19,9% təşkil edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
20
4
apa.az

5Sources