EN

Yelo Bank 6 nominasiya üzrə qalib seçildi

Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən hər il ənənəvi olaraq keçirilən “Bankçılıq Mükafatları” çərçivəsində 2025-ci ilin yekunları üzrə qaliblər elan edilib. Yelo Bank-ın ötən il ərzində müxtəlif istiqamətlər üzrə həyata keçirdiyi effektiv fəaliyyət ABA tərəfindən yüksək qiymətləndirilib.

 

Bank aşağıdakı 6 fərqli nominasiya üzrə mükafata layiq görülüb:

 

  • Korporativ sosial məsuliyyət;
  • Maliyyə savadlılığı dəstəkçisi;
  • Təhsil dəstəkçisi;
  • Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü;
  • Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi;
  • Dayanıqlı bankçılıq üzrə layihələr (ESG).

 

Yelo Bank üçün 2025-ci il həm rəqəmsallaşma, həm də sosial məsuliyyət baxımından olduqca məhsuldar keçib. Sözügedən istiqamətlər üzrə həyata keçirilən layihələr, xüsusilə təhsilə dəstək, KOB-in maliyyələşdirilməsi və dayanıqlı inkişaf təşəbbüsləri Bankın gündəlik fəaliyyət strategiyasının ayrılmaz hissəsidir.

Tecili kredit axtarırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

 

Chosen
27
7
anews.az

8Sources