EN

Patent və ixtira fəallığı artmışdır

ain.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Əqli Mülkiyyət Agentliyinə 2025-ci ildə ixtira, faydalı model və sənaye nümunəsinin patentləşdirilməsi üçün 481 iddia sənədi (2024-cü ildə 349 iddia sənədi), o cümlədən ixtiraya aid 282 (2024-cü ildə 204), faydalı modelə aid 77 (2024-cü ildə 69), sənaye nümunəsinə aid 65 (2024-cü ildə 37) və Avrasiya patentinin alınması üçün 57 (2024-cü ildə 39) iddia sənədi daxil olmuşdur. Beləliklə, patentlərin alınması ilə bağlı daxil olmuş iddia sənədlərinin sayı 2024-cü illə müqayisədə 2025-ci ildə ixtira üzrə - 38.2%, faydalı model üzrə - 11.6%, sənaye nümunəsi üzrə 76%, Avrasiya patenti üzrə - 46% artmışdır ki, bu da 2024-cü illə müqayisədə 37.8% çoxdur.

2025-ci ildə 214 patent (2024-cü ildə 185), o cümlədən ixtiraya dair 137 (2024-cü ildə 128), faydalı modelə aid 57 (2024-cü ildə 43) və sənaye nümunələrinə aid 20 (2024-cü ildə 14) patent verilib ki, bu da 2024-cü illə müqayisədə 15.7% çoxdur.

Beləliklə, 2025-ci ildə ixtira fəallığı 2024-cü illə müayisədə 37,8%, patent fəallığı isə 15,7% artmışdır. Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı daxil olan iddia sənədlərinin sayı isə 4196 (2024-cü ildə 3880) olmuşdur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
5
7
xalqqazeti.az

10Sources