EN

Bərdə bazarında ANTİSANİTARİYA FOTO

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bərdə ərzaq bazarında nöqsanlar aşkarlanıbBizim.Media Qida Təhlükəsizliyi Agentliyinə istiadən xəbər verir ki, qurumun Qarabağ regional bölməsinin əməkdaşları Bərdə rayonu, Ü.Hacıbəyov küçəsində fəaliyyət göstərən, “Bərdə Ticarət” ASC-yə məxsus bazarda yoxlama keçirib.Baxış zamanı bazarda süd məhsullarının müşayiətedici sənədlərinin olmadığı, etiket məlumatları olmayan məhsulların satışa çıxarıldığı, qida məhsullarının satışı zamanı çarpaz çirklənmə hallarına yol verildiyi, işçi masaların səthinin asan təmizlənən materialla üzlənmədiyi və digər nöqsanlar müəyyən edilib.Nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində tədbirlər həyata keçirəcək.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
15
13
bizim.media

10Sources