
Tarixi kökləri əsrlərə dayanan ziyarətgah bu gün də turistlərin diqqət mərkəzindədir.AZƏRTA-ın- Bərdənin İmamzadə kompleksi.“Mən turist olsaydım” rubrikasında bu dəfə Bərdə İmamzadə kompleksi təqdim olunur.Qədim Bərdə şəhərində yerləşən bu dini-memarlıq abidəsi VIII əsrə aid edilir və imam Məhəmməd Bağır nəslindən olan İsmayılın məzarı üzərində qurulub. Zamanla türbə ətrafında məscid və digər tikililər inşa edilərək kompleks formalaşıb. XIX əsrdə memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən bərpa edilən abidə həm memarlıq xüsusiyyətləri, həm də dini əhəmiyyəti ilə seçilir. Bu gün İmamzadə kompleksi həm ziyarətgah, həm də turizm məkanı kimi yerli və xarici qonaqların marağına səbəb olur.

R.İkramlı
Diqqət Çəkənlər
İtaliyada qalmaqallı hadisə: modelin məzarı açılıb
Tramp ABŞ-nin NATO-dan çıxması imkanını nəzərdən keçirir
Ağdərədə mina hadisəsi baş verib