EN

Bakıdakı tıxacın səbəbi açıqlandı

Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur.

“Yeni Sabah” xəbər verir bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində (körpünün üzərində) təmir işləri aparılır. Bu səbəbdən prospektdən metronun "Koroğlu" stansiyası, Alı Mustafayev, Əbdülvahab Salamzadə küçələri, "20 Yanvar" dairəsi , Moskva və Tbilisi proskeptləri, eləcə də Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətlərində sıxlıq müşahidə olunur.

Hazırda polis əməkdaşları tərəfindən müxtəlif istiqamətlər üzrə sıxlığın aradan qaldırılması üçün tədbirlər görülür.


Telegram kanalımız
Chosen
1
7
yenisabah.az

10Sources