Paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində (körpünün üzərində) təmir işləri aparılır.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən “Cebheinfo.az”-a bildirilib ki, bu səbəbdən prospektdən “Koroğlu” metro stansiyası, Alı Mustafayev, Əbdülvahab Salamzadə küçələri, “20 Yanvar” dairəsi , Moskva və Tbilisi prospektləri, eləcə də Bakı-Sumqayıt şosesi “20 Yanvar” metro stansiyası istiqamətlərində sıxlıq müşahidə olunur.
Hazırda polis əməkdaşları tərəfindən müxtəlif istiqamətlər üzrə sıxlığın aradan qaldırılması üçün tədbirlər görülür.