EN

Aprel əməliyyatları işğalla barışmayacağımızın mesajı idi – Tənzilə Rüstəmxanlı yazır

Azərbaycan Ordusunun şanlı tarixində mühüm mərhələ kimi qiymətləndirilən Aprel döyüşlərindən artıq on il ötür. Qısa müddət davam etməsinə baxmayaraq, bu hərbi əməliyyatlar ölkəmizin müasir hərb tarixində dönüş nöqtəsi kimi yadda qaldı.

media-whatsapp-image-2025-12-17-at-21-04-54-1

2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini azad edib. Həmçinin, minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib.

Həmin döyüşlər zamanı Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi azad edilib. Bu döyüşlər Azərbaycan xalqının və Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi üçün hər cür fədakarlığa və hərbi qüdrətə hazır olduğunu nümayiş etdirdi. Bütün dünya bildi ki, Azərbaycan bu işğalla heç zaman barışmayacaq.

Lakin təəssüflər olsun ki, nə işğalçı Ermənistan, nə də onun havadarları bundan nəticə çıxardı. Sonda isə 2016-ci ilin aprelində əsası qoyulan hərbi uğurlarımız 2020-ci il 44 günlük Vətən müharibəsində tarixi qələbəmizlə yekunlaşdı. Bir sözlə Aprel döyüşləri böyük Zəfərin başlanğıcı kimi tariximizə yazıldı.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızı işğalçılardan təmizləyərək ərazi bütövlüyümüzü bərpa etdi. Tarixi ədalət bərpa olundu və tarixi torpaqlarımız əsl sahiblərinə geri qaytarıldı.

44 günlük Vətən müharibəsindən sonra bölgəmizdə yeni reallıq yarandı. Biz düşməni torpaqlarımızdan qovaraq BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz gücümüzə yerinə yetirdik.

Bu gün Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Növbəti hədəfimiz qərbi azərbaycanlıların təhlükəsiz şəkildə öz doğma yurdlarına qayıtmasıdır. Əminəm ki, tezliklə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu hədəfimizə nail olacağıq.

Chosen
7
1
interpress.az

2Sources