EN

Azərbaycanın lombard şirkətinə əlavə maya qoyulur

Marja.az saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycanın lombard şirkəti "BQ" ASC-nin nizamnamə kapitalı 200 min 500 manat artırılır.

Marja.az xəbər verir ki, "BQ" ASC hər birinin nominal dəyəri 2005 manat olan 100 ədəd adi, adlı və sənədsiz səhm buraxıb.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əgər yerləşdirmə uğurla başa çatrarsa "BQ" ASC-nin nizamnamə kapitalı 204 min 510 manata yüksələcəkdir.

Hazırda "BQ" ASC-nin 4010 manatlıq 2 səhmi (100%) Quliyev Eldar oğluna məxsusdur.  Fərman Quliyev atası Eldar Quliyevlə birlikdə "Para" ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarıdır. Həmçinin "Sizin Lombard" brendinin sahibi "GL" ASC-nin nizamnamə kapitalının 100%-i də Quliyev Fərman Eldar oğluna məxsusdur.

Qeyd edək ki, "BQ" ASC 2024-cü ili 343 min 327 manat xalis mənfəət ilə başa vurub. 31 Dekabr 2024-cü il tarixində Şirkət 5 milyon 26 min manat  cəmi aktivlərə, o cümlədən 4 milyon 506 min manat kredit portfelinə malik olub. 

Emissiyanın anderrayteri "İnvest-AZ İnvestisiya Şirkəti" OSC-dir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
48
1
marja.az

2Sources