EN

Bərdə ərzaq bazarında nöqsanlara görə protokol tərtib olunub - FOTOLAR

Bərdə rayonu, Ü.Hacıbəyov küçəsində fəaliyyət göstərən, "Bərdə Ticarət" ASC-yə məxsus bazarda yoxlama keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Qeyd edilib ki, baxış zamanı bazarda süd məhsullarının müşayiətedici sənədlərinin olmadığı, etiket məlumatları olmayan məhsulların satışa çıxarıldığı, qida məhsullarının satışı zamanı çarpaz çirklənmə hallarına yol verildiyi, işçi masaların səthinin asan təmizlənən materialla üzlənmədiyi və digər nöqsanlar müəyyən edilib.

Nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

"Cebheinfo.az"

Chosen
15
13
cebheinfo.az

10Sources