EN

Lənkəranda İbrahimovun məhkəməsi keçirilib: O dövlətə xəyanətdə ittiham olunur

Bakı. Trend:

Üçüncü ölkənin ərazisində məskunlaşıb digər ölkənin xüsusixidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklədövlətə xəyanət etməkdə, onlarla razılaşdırılmış qaydada AzərbaycanRespublikası ərazisində etnik zəmində nifrət və düşmənçiliyinsalınmasına yönələn hərəkətlər etməkdə təqsirləndirilən Zahirəddinİbrahimov barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX)başlanılmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclasıkeçirilib.

Trend xəbər verirki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Aqil Nuriyevinsədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anketməlumatları dəqiqləşdirilib, ona hüquq və vəzifələri izahedilib.

Məhkəmə tərkibi işin baxışa verilməsi barədə qərar qəbuledib.

Məhkəmənin baxış iclası 16 aprelə təyin edilib.

Qeyd edək ki, Zahirəddin İbrahimov DTX-də başlanılmış cinayətişi üzrə ötən ilin mart ayında həbs edilib.

Müəyyən edilib ki, Zahirəddin İbrahimov maddi maraq müqabilindəməxfi əməkdaşlığa cəlb olunmaqla xarici xüsusi xidmət orqanlarınınAzərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı,dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə verdiyitapşırıqları yerinə yetirib, genişmiqyaslı destruktiv separatçıtəşkilatlanma işi aparıb.

Ona AR Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281-1.2(Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasınayönələn atributları və simvolları qabaqcadan əlbir olan bir qrupşəxslə birlikdə nümayiş etdirmə və yayma), 281-1.3 (AzərbaycanRespublikasının ərazi bütövlüyünün parçalanmasına yönələnatributları və simvolları xarici təşkilatların və onlarınnümayəndələrinin tapşırığı ilə nümayiş etdirmə və yayma), 281.3(xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilədövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli nifrətvə düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri iləittiham elan olunub.

Chosen
37
13
az.trend.az

10Sources