EN

Abdulla Aripov TDT-yə üzv dövlətləri Daşkənd Sərmayə Forumuna dəvət etdi

BAKI, 2 aprel. TELEQRAF

"Yeni logistik imkanlar yaradan Orta Dəhlizin inkişafı, o cümlədən Çin-Qırğızıstan-Özbəkistan və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin icrası böyük əhəmiyyət kəsb edir".

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Baş naziri Abdulla Aripov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hökumət başçılarının ikinci iclasında bildirib.

O, həmçinin gənclərin akademik əməkdaşlığına və universitetlər arası mübadilə proqramlarının intensivləşdirilməsinə diqqət çəkib.

Özbəkistanın xarici sərmayədarlar üçün etibarlı məkana çevrildiyini deyən A.Aripov həmkarlarını 2026-cı ilin iyununda keçiriləcək 5-ci Daşkənd Beynəlxalq Sərmayə Forumuna dəvət edib.

Chosen
6
1
teleqraf.com

2Sources