EN

NASA-nın tarixi missiyasında ciddi problem: Astronavtlar Ayda çarəsiz qaldı

Bəşəriyyətin onilliklər sonra Aya ilk insanlı səyahəti olan "Artemis II" missiyası texniki nasazlıqlarla üzləşib.

Publika.az xəbər verir ki, aprelin 2-də Floridadakı Kanaveral burnundan start götürən "Orion" kosmik gəmisində ciddi nasazlıqlar qeydə alınıb. Bu barədə NASA-nın nümayəndəsi Cared Ayzekman məlumat yayıb.

Bildirilir ki, uçuş zamanı İdarəetmə Mərkəzi ilə əlaqə qısamüddətli olaraq kəsilib. Mütəxəssislər ekipajın səsini eşitməsələr də, astronavtlar Yerdən gələn siqnalları qəbul etməyə davam ediblər. İlkin ehtimala görə, rabitə kəsilməsinə ötürücülərin dəyişdirilməsi səbəb olub. Hazırda sistemin fəaliyyəti bərpa edilib.

Lakin gəmidəki problemlər bununla bitməyib. "Orion"un göyərtəsində sanitariya avadanlıqlarının işində də nasazlıq yaranıb. NASA rəsmiləri bu problemin aradan qaldırılması üçün əlavə vaxt tələb olunduğunu bildiriblər.

Qeyd edək ki, "Artemis II" missiyası "Apollon" proqramından bəri Aya göndərilən ilk pilotlu ekspedisiyadır.

Chosen
23
publika.az

1Sources